Konqo Demokratik Respublikasının (KDC) şərqindəki leysan yağışları nəticəsində meydana gələn sel və torpaq sürüşməsi nəticəsində ölənlərin sayının 24 nəfərə çatdığı açıqlanıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Cənubi Kivu vilayətinin qubernatoru Theo Ngvabidje, mətbuata açıqlamasında Uvira əyalətində həddindən artıq yağışın səbəb olduğu sel nəticəsində ölənlərin sayının 24-ə çatdığını bildirib.

Şəhərdə 3500 evin yıxıldığını bildirən Ngvabidje, iki həftədir Uvirada yağış yağdığını və cümə axşamı ilə cümə arasındakı gecə daha da pisləşdiyini qeyd edib.