Avstraliyada yeni növ koronavirus (COVID-19) epidemiyasında ölənlərin sayı son 24 saatda 3 nəfər artaraq 69-a çatıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Yeni Cənubi Uels (NSW) və Tasmanian Səhiyyə nazirliklərinin açıqlamalarına görə, Sidneydə 2 nəfər və Tasmaniyada daha 1 nəfər koronavirusdan həyatını itirib. Belə ki, son artımla ölkədə COVID-19-dan ölənlərin sayı 69-a yüksəlib.

Ölkədə COVID-19 yoluxanların sayı isə son 24 saat ərzində sayı 42 nəfər artaraq, 4 min 163-ə çatıb.

Qeyd edək ki, ölkədə, fövqəladə hallar istisna olmaqla, açıq və ya qapalı ərazilərə, qohumlara və evə ziyarətə iki nəfərdən çox adamın toplaşması qadağandır.

Bildirək ki, 10 nəfərlə cənazə dəfninin və 5 nəfərlik toyun keçirilə biləcəyi Avstraliyada məhdudiyyət və karantin qaydalarına əməl etməyənlərə pul və həbs cəzası verilir.