Türkiyədə dəhşətli cinayət hadisəsi baş verib.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, 2019-cu ilin sentyabrında 4 nəfəri öldürməkdə günahlandırılan və aylar öncə axtarılan Nihat Doğru adlı şəxsin meşədə skeleti tapılıb.
Belə ki, meşə sahəsindəki skeletin 4 nəfəri öldürən Nihat Doğruya aid olduğu müəyyən edilib. Jandarma araşdırmasının ardından skelet yarılma üçün meyitxanaya qaldırılıb.
Yarılma nəticəsində skeletin 5 ay 20 gün əvvəl öldüyü, ölümün dəqiq səbəbinin hələ bilinmədiyi təyin olunub.
Faktla bağlı ıstintaq işləri davam edir.