İranda yeni növ koronavirus epidemiyasında ölənlərin sayı son 24 saatda 73 nəfər artaraq 5 min 31-ə çatıb.
Unikal.org İran KİV-ə istinadən xəbər verir ki, İranın Səhiyyə Nazirliyi son 24 saat ərzində 73 nəfərin koronavirus səbəbiylə öldüyünü açıqlayıb.Beləliklə, ölkədə ölənlərin ümumi sayı 5 min 31-ə yüksəlib.
Qeyd edək ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 80 min 868-ə çatıb.