Suriyanın Afrin bölgəsində mülki şəxslərin cəmləşdiyi bir küçədə bomba yüklü bir avtomobil partladılıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Suriyanın şimalındakı Afrin bölgəsində vasitəyə yerləşdirilən bomba partlaması nəticəsində 3 mülki şəxs yaralanıb.
Belə ki, partlayış nəticəsində ətraf mühitə ziyan dəyib.
Hadisə yerində araşdırma aparan yerli təhlükəsizlik qüvvələri hücumun terror təşkilatı YPG / PKK tərəfindən həyata keçirildiyi ehtimal ediblır.
Afrin cənub-şərqindəki Tel Rifatı işğal edən YPG / PKK terror təşkilatı Afrin, Azez, Bab və Cerablus bölgələrini tez-tez hədəf alır.