İsraildə yeni koronavirusa yoluxanların sayı 13 min 107-yə, həyat itkisi isə 158-ə çatıb.

Unikal.org xarici KİV-ə istinadən məlumat verir ki, Səhiyyə Nazirliyinin yazılı açıqlamasında, son 24 saatda COVID-19 diaqnozu qoyulan daha 7 xəstənin öldüyü bildirilib.

Qeyd edək ki, ölkədə ölümlə nəticələnən COVID-19 itkisi 158-ə, yoluxanların sayı isə son 24 saatda 125 nəfərdə aşkarlanaraq  ümumi yoluxanların  sayı 13 min 107-yə yüksəlib.

Bildirək ki, İsraildə, COVID-19 tədbirləri çərçivəsində bütün məktəblərdə təhsil dayandırılıb, daha çox adamın toplaşması qadağan edilib. Ölkədə bazarlar, apteklər, yanacaqdoldurma məntəqələri və banklar istisna olmaqla bir çox ticarət müəssisəsinin bağlanması qərara alınıb.

Təl-Əviv rəhbərliyi, epidemiya səbəbiylə İsraildə yaşayanlardan başqa xaricilərin hamısının ölkəyə girməsini qadağan edib.