Son 24 saat ərzində İspaniyada koronavirusdan 565 nəfər vəfat edib.

Unikal.org "El Pais"ə istinadən xəbər verir ki, bu barədə İspaniya Səhiyyə Nazirliyinin rəsmisi mətbuat brifinqində deyib.

Nazirliyin rəsmisinin sözlərinə görə, indiyədək ölkədə 20 043 nəfər COVID-19 virusundan vəfat edib.

Gün ərzində daha 4 499 nəfər koronavirsa yoluxub, bu günədək virusa yoluxanların sayı 191 726-ya çatıb, son sutkada 3 166 nəfər sağalıb, sağalanların ümumi sayı 74 662 nəfərdir.