Finlandiyada koronavirusa yoluxanların və ölənlərin sayı artıb. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin Milli Səhiyyə və Sosial İnkişaf Qurumundan verilən açıqlamaya, əsasən,  son 24 saat ərzində 192 nəfərdə yoluxma halı aşkarlanıb, daha  8 nəfər isə virusun qurbanı olub. 

Bundan başqa, ölənlərin sayının 90-a yüksəldiyi, 70 nəfərin reanimasiyada olduğu vurğulanıb.Bildirilib ki, ölənlərin orta yaşı 81-dir.

Qeyd edək ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 265 000-i ötüb. Bunların 581 325 nəfəri sağalıb, 154 900 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.