Hollandiyada koronavirus yoluxanlarının sayı 31 min 589-a çatıb.
Unikal.org xarici KİV-ə istinadən məlumat verir ki, Hollandiya Səhiyyə Nazirliyi koronavirusdan əziyyət çəkənlərin sayının son 24 saatda 140 nəfər artaraq ümumi yoluxmanın 31 min 589-a çatdığını açıqlanıb.
Qeyd edək ki, ölkədə son 24 saat ərzində daha 142 nəfər həyatını itirərək, ölənlərin sayı 3 min 601-ə yüksəlib.