"Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sabiq sədri Arif Alışanova sui-qəsdə təxsirləndirilərək həbs edilmiş Qoçəli Cəbiyev dünyasın dəyişib.

Unikal.org-un əldə etdiyi məlumata görə, Q.Cəbiyev üç gün əvvəl saxlanıldığı Penitensiar Xidmətin Müalicə Müəssisəsində böyrək çatışmazlığından dünyasını dəyişib. O, uzun illərimiş dializ xəstəsi olub. 

Qeyd edək ki, Şücayət Əkbərov  Qoçəli Cəbiyev və Zöhrab Şirinov  AzTV-nin keçmiş rəhbəri Arif Alışanova qarşı sui-qəsd etməkdə təqsirləndirili bilinərək həbs ediliblər.