Ağsu və Kürdəmir rayonlarının polis şöbələrinin əməkdaşları karantin rejimini pozanlara qarşı reydlər həyata keçirib.

Unikal.org xəbər verir ki, ötən gün ərzində Ağsuda 10 nəfər, Kürdəmirdə isə 21 nəfər rayon sakini barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə 100-200 manat məbləğində inzibatı cərimə tətbiq olunub.

Hər iki rayonda polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirir.