Bakıda yol qəzası baş verib.

Unikal.org-un xəbərinə görə, hadisə aprelin 20-si saat 16:30 radələrində Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən 180 nömrəli tam orta məktəbinin yaxınlığında qeydə alınıb.

Belə ki, Samir Rüstəmov etibarnamə ilə idarə etdiyi "Mitsubishi" markalı yük avtomobili ilə hərəkətdə olan zaman yolu əks tərəfə keçmək istəyən 1990-cı il təvəllüdlü İlkin Xankişiyevi vurub. İ.Xankişiyev hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır.