Fransanın “Montpellier” komandasında oynayan 23 yaşlı yarımmüdafiəçi Junior Sambia, həftənin əvvəlində koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki,  futbolçunun vəziyyətinin ağırlaşması səbəbiylə reanimasiyaya alındığı bildirilib.

Fransa mətbuatında yer alan xəbərə görə, Sambia, Fransa Liqasında koronavirusa tutulan ən gənc futbolçu olub. Müdafiədə orta mövqedə oynayan fransalı futbolçu bu mövsüm komandası ilə 22 qol və 1 assist edib.