İmişlidə yük maşını ilə minik avtomobili toqquşub.

Unikal.org apa-ya itinadən xəbər verir ki, hadisə İmişlinin Çahar kəndi ərazisində qeydə alınıb. 

“QAZel” markalı yük maşını ilə “Mercedes” markalı minik avtomobili toqquşub.

Hadisə nəticəsində İmişli rayon sakinləri - 1989-cu il təvəllüdlü Eyvazov Elməddin Vahid oğlu və 1991-ci il təvəllüdlü Xankişiyev Nizami Teyyub oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Saatlı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı İmişli rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.