Azərbaycanda daha bir həkim koronavirusa yoluxub.
Unikal.org-un əldə etdiyi məlumata görə, virusa yoluxan 3 saylı Şəhər Xəstəxanasının infeksionisti Namiq Nəbiyev hazırda ATU-nun Tədris Cərrahiyyə Klinikasında müalicə alır. O, fevral ayından başlayaraq Bakı və müxtəlif rayonlarda karantində olan şəxslərə tibbi xidmət göstərib.
N.Nəbiyev Unikal.org-a açıqlamasında bildirib ki, hazırda müalicəsini davam etdirir və durumu stabildir.
Famil Fərhadoğlu