Azərbaycanın paytaxtı Bakıda infarkt keçirən Rizeli TIR maşınının sürücüsü təcili yardım təyyarəsi ilə Trabzona aparılıb

Unikal.org xəbər verir ki, Türkiyədən Azərbaycana yük maşını ilə gələn 53 yaşlı sürücü Mustafa Çırak, səfərdə olduğu Bakıda infarkt keçirib.

Bakı Gömrük Xəstəxanasında əməliyyat edilən Çıraq, ölkəsinə getmə zərurəti yarandığından Türkiyə Səhiyyə Nazirliyinin təcili yardım təyyarəsiylə Bakıdan götürülərək Trabzona xüsusi bir xəstəxanaya yerləşdirilib.