Şəmkir-Gədəbəy avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un Qərb Mərkəzinin məlumatına görə, hadisə nəticəsində içərisində azyaşlılar olmaqla bir neçə nəfər xəsarət alıb. 

Yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıblar.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Hadisənin təfərrüatları araşdırılır.