Səbail rayonunda ölüm hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə Bayıl qəsəbəsində yerləşən yaşayış binasında qeydə alınıb.

Qonşular mənzildə yaşayan kişinin meyitini aşkar edib. Mənzilə hüquq-mühafizə orqanının əməkdaşları cəlb edilib.

Məlum olub ki, ölən şəxs Göyçay rayon sakini, 1965-ci il təvəllüdlü Həsənov İlqar Ağalar oğludur.

Onun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Səbail Rayon Şöbəsinə təhvil verilib.

Ölümün səbəbləri araşdırılır.