Fövqəladə Hallar Nazirliyi Kürdəmir rayonunda baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb.

Unikal.org nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, rayonunun Xırdapay kəndində "BMW" markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb. Yanğının kəşfiyyatı zamanı avtomobilin sürücüsü 1960-cı il təvəllüdlü Ağdam rayon Xındırıstan kənd sakini Həsənov Vahid Yusif oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. 

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.