Tovuzda evdə partlayış baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

Yaşayış evində kustar üsulla hazırlanmış qaz peçində partlayış olub. Nəticədə 1964-cü il təvəllüdlü Süleymanova Nəzakət Məhərrəm qızı yanıq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətin kafi olduğu bildirilir.

Hadisənin baş vermə səbəbi araşdırılır.