Bakıda ölümlə və xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki. hadisə Pirallahı rayonunda qeydə alınıb.

Belə ki, rayon ərazisində “Hyundai” markalı minik avtomobili ilə "Ford” markalı yük maşını toqquşub. Hadisə nəticəsində 1 nəfər ölüb, daha 5 nəfər xəsarət alıb.

Ölən şəxsin “Hyundai” markalı avtomobilin sürücüsü olduğu bildirilir.

Hadisə şahidlərinin sözlərinə görə, qəzaya "Hyundai" markalı avtomobilin əks tərəfə - qarşıdan gələn yük maşınının yoluna çıxması səbəb olub.