Koronavirus epidemiyasından ən çox təsirlənən ölkələrdən biri olan ABŞ-ın Florida ştatında koronavirus (Kovid-19) epidemiya tədbirləri çərçivəsində bağlanmış bəzi çimərliklər və parkların iki həftə əvvəl qismən açılması qərara alınıb.

Unikal.org xəbər verir ki, qadağaların yumşadılması ilə əlaqədar olaraq insanlar çimərliklərə axın ediblər.

Belə ki, Florida “Clearwater Beach”, sosial məsafə siqnallarına məhəl qoymayan ziyarətçilərlə dolub.

Bununla bağlı açıqlama verən Florida Bələdiyyə Başçısı Lenny Curry, qismən açılan çimərliklər üçün “Normal həyata aparan yolun başlanğıcı “ deyərək, qeyd edib. 

Digər tərəfdən, bahar fasiləsindən sonra çimərliklərə axın insanların sosial məsafəyə əməl etməməsi mübahisələrə səbəb olub. Daha sonra  mübahisələrə səbəb olan çimərliklər bağlanılıb və bəzi əksər ərazilərdə məhdudiyyətlər qoyulub.