Afrika ölkəsi Çadda koronavirusdan ilk ölüm hadisəsi yaşanıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Çad Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, bu günə qədər 52 yoluxma halının göründüyü ölkədə 19 nəfər müalicə yolu ilə tam sağalıb.
Nazirlik, 2 nəfərin öldüyünü və COVID-19 səbəbiylə ilk ölümlərin qeydə alındığını açıqlayıb.
Afrika Xəstəliklərinə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) verdiyi son məlumatlara görə, qitədə 33 min 566 COVID-19 yoluxma halı görülüb, 1469 nəfər ölüb. CDC, 10 min 152 adamın da sağaldığını bildirib.