ABŞ-ın sabiq dövlət katibi, 2016-cı ildə Demokrat Partiyasının prezidentliyə namizədi olmuş Hillari Klinton qarşıdan gələn prezident seçkilərində demokrat Co Baydenin namizədliyini dəstəklədiyini bildirib.

Unikal.org ABŞ mətbuatına istinadən xəbər verir ki,  Hillari Klinton bildirib ki, onun 2020-ci ildə keçiriləcək növbəti prezident seçkilərində namizədliyini irəli sürmək planı yoxdur.

Həmçinin də, "Mən yalnız sizin kampaniyanıza dəstək üçün yox, həm də bir çox məsələləri işıqlandırmağa çox şadam",deyə Co Baydenlə videosöhbət zamanı Klinton bildirib.

Xatırladaq ki, Hillari Klinton 2016-cı ilin prezident seçkilərində Demokrat Partiyasının namizədi kimi çıxış edib. O, seçki marafonunda favorit hesab edilirdi, ancaq Klintonun opponenti - respublikaçı Donald Tramp qələbə qazanıb.