Milli Olimpiya Komitəsində növbəti iclas keçirilib. İclasda karantin dövründə həyata keçirilən işlər və planlaşdırılan məsələlərə dair fikir mübadiləsi aparılıb.

MOK-un mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, post-karantin dovründə MOK-un fəaliyyəti, xüsusilə Tokyo 2020 Oyunlarina hazırlıqla bağlı üumumi muzakirə aparılıb.

Dünyada və ölkəmizdə koronavirus pandemiyası ilə əlaqədar idmançılara formada qalmaları məqsədilə ilkin mərhələrədə onlara ev şəraitində məşqləri davam etdirmək tövsiyə olunub.

Həmçinin tezliklə atletlərimizin səhhətinin yoxlanılaraq nəzarət altında təlim-məşq toplamntılarının davam etdirilməsi üzərində iş aparılıb. Karantin dövründə  MOK tərəfindən idmançılarımızın psixoloji vəziyyətləri və ruh yüksəkliyinin saxlanması istiqamətində atılan bir sıra addımlar da nəzərdən keçirilib.

Bundan əlavə Beynəlxalq Olimpiya Komitəsi və Avropa Olimpiya Komitələrinin karantin ve post-karantin dövrü üçün  tövsiyyə və təlimatları ətrafında danışılaraq qarşıda duran məsələlərlə bağlı tapşırıqlar verilib.