Binə qəsəbə sakini B.Əsgərovun idarə etdiyi avtomobildə axtarış aparılıb. 

Unikal.org DİN-ə istinadən xəbər verir ki, əməliyyat-axtarış tədbirləri hüquq-mühafizə orqanlarının əldə etdiyi məlumat əsasında aparılıb. 

“BMW” markalı avtomobilə baxış zamanı 1 ədəd beşbarmaq, 1 ədəd elektroşok və 2 ədəd bıçaq aşkar edilərək götürülüb.