27 aprel 2020-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin  əməkdaşları tərəfindən keçirilən reyd zamanı Qəbələ rayon Yemişənli kəndi ərazisində yerləşən ağac emalı sexində sənədləri şübhə yaradan 7,29 m3 həcmində işlik oduncaq aşkar edilib.  

Unikal.org xəbər verir ki, bunu jurnalistlərə Nazirliyin Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov bildirib.
O qeyd edib ki, araşdırma zamanı sexdəki oduncağın Bum meşəbəyliyinin 6 saylı dolayında Qəbələ rayon Həmzəlli kənd sakini Gəncəli İsgəndərov tərəfindən kəsilərək sexə satıldığı məlum olub.

“Faktla bağlı təqsirkar şəxs barəsində protokol tərtib olunub və ona 1518 manat məbləğində cərimə və ziyan tətbiq edilib”.