Aralıq dənizində, Yunanıstanın Krit adasından 127 km məsafədə 6,4 bal gücündə zəlzələ baş verib.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, yeraltı təkanın episentri 6,65 km dərinlikdə olub. 

Zəlzələ Bakı vaxtilə 16:51-də qeydə alınıb və Türkiyənin Muğla, Antalya kimi şəhərlərində də hiss edilib.