Yeni növ koronavirus (Covid-19) infeksiyasının necə yayıldığı ilə bağlı müxtəlif fikirlər mövcuddur.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bəzi iddialara görə pandemiya Çində yerləşən Uhan Virologiya İnsitutundan yayılmağa başlayıb. Belə ki, insitutun rəsmi internet saytında işçilərin qoruyucu vasitələr olmadan yarasa nümunələri ilə tədqiqat apardıqları görünür.

Artıq həmin foto saytdan silinib və yerinə qoruyucu vasitələr gyinnən alimlərin şəkili yerləşdirilib. Bu iddiaların yayılmasından sonra dərhal şəkilin saytdan çıxarılması insanlarda şübhə yaradıb.