Hollandiyada yeni növ koronavirus (COVID-19) pandemiyasından ölənlərin sayı son 24 saatda 26 nəfər artaraq 5 in 82-yə çatıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Səhiyyə Nazirliyi ilə əlaqəli Dövlət Sağlamlıq və Ətraf Mühit İnstitutu (RIVM) COVID-19 haqqında məlumatları yeniləyib.

Məlumatda, son 24 saatdam 199 nəfərə koronavirus diaqnozu qoyularaq, ümumi yoluxma sayı  40 min 770-ə, virus səbəbiylə ölənlərin sayı 26 nəfər artaraq 5 min 82-yə çatıb.

Qeyd edək ki, Hollandiya hökuməti aprelin 21-də körpələr evi və xüsusi təhsil mərkəzlərinin mayın 11-də, orta təhsil müəssisələrinin isə iyunun 1-dən başlayacaqlarını açıqlayıb.

Hökumət, 18 yaşdan kiçik olanların, 1 yarım metrlik sosial məsafə qaydasına riayət etmələri şərti ilə, 28 apreldən etibarən açıq ərazilərdə məşq edə biləcəyini açıqlayıb.

Qocalar evində qalan yaşlı insanların ziyarət məhdudiyyətləri və yaxın işçilərə tətbiq olunan məhdudiyyətlərin mayın 20-dək davam edəcəyi bildirilib.