"ABŞ-ın ÜST-ü maliyyələşdirməyi dayandırmaq qərarı Vaşinqtonun məsuliyyətsiz addım və strateji səhvidir".

Unikal.org xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani deyib.

"Koronavirus bütün dünyanın təhlükəsizliyi və sağlamlığı üçün ümumi təhdiddir. Koronavirusla mübarizədə ön cəbhədə olan ÜST-ü sarsıtmaq virusa qarşı birgə beynəlxalq mübarizəni zəiflətmək deməkdir".

Ruhaninin sözlərinə görə, ABŞ-ın qərarı yersizdir və əsaslandırıla bilməz.

İran prezidenti, həmçinin qeyd edib ki, beynəlxalq müqavilələri pozan ölkədən başqa bir şey gözləmək lazım deyil.

Xatırladaq ki, aprel ayında ABŞ Prezidenti Donald Tramp ÜST-nin maliyyələşdirilməsinin dayandırıldığını elan edib. Tramp administrasiyası ÜST-ü koronavirusun yayılmasına tez reaksiya verməməkdə günahlandırır.