ABŞ-da son sutka ərzində daha 1 142 nəfər koronavirusdan ölüb.

Unikal.org "Worldometer"-ə istinadən xəbər verir ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 68 636-a çatıb. Virusa yoluxanların sayı isə 27 750 nəfər artaraq 1 189 914-ə yüksəlib. 

Qeyd edək ki, ABŞ dünyada koronavirusun ən geniş yayıldığı ölkədir. Onu 248 301 yoluxma faktı ilə İspaniya təqib edir.