"Yuventus” futbol komandasının hücumçusu Kriştianu Ronaldu Turinə gedib.
Unikal.org xəbər verir ki, 35 yaşlı portuqal futbolçunun şəxsi “Gulfstream G200 Galaxy” təyyarəsi bu axşam Turində yerə enib. İndi Ronaldu iki həftə karantində olmalıdır. O, bundan sonra komanda ilə məşqlərə başlaya biləcək.
Daha əvvəl bildirilirdi ki, İspaniya hökumətinin koronavirus pandemiyası səbəbindən tətbiq etdiyi karantinə görə uçuşlara məhdudiyyət qoyulması səbəbindən futbolçunun şəxsi təyyarəsi Madriddədir və o, Madeyranı tərk edə bilmir.
Xatırladaq ki, Ronaldu insult keçirmiş anasına baş çəkmək üçün martda İtaliyanı tərk edib. Sonra oyunçu koronavirus pandemiyasına görə tətbiq edilmiş karantin səbəbindən ailəsi ilə birlikdə Madeyra adasında qalıb.