Dünyanın aparıcı qəhvə şəbəkəsi olan Starbucks, koronavirusun episentri olan ABŞ-dakı mağazalarının 85 faizini açacağını bildirib. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Starbucks Korporasiyasının rəhbəri Kevin Conson bazar ertəsi işçilərinə göndərdiyi məktubda şirkətin ABŞ-dakı mağazalarının 85 faizinin gələn həftədən etibarən açılacağını bildirib. CNBC-nin verdiyi xəbərə görə, Conson, Starbucks mağazalarının yenidən işlənmiş iş şəraiti və saatları çərçivəsində fəaliyyətə başlayacağını vurğulayıb. 

Belə ki, Kevin Conson, mağazaları ziyarət edəcək müştərilərə daha çox yer ayıracaqlarını ifadə edib.  Həmçinin də,  Conson, ABŞ-dakı  “Starbucks” un bütün mağazaların 90 faizinin iyun ayına qədər fəaliyyət göstərəcəyi qeyd edib.