İngiltərədə dünyanın müxtəlif ölkələrində kral ailələrinin sərvətləri ilə ilə bağlı araşdırma aparılıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, tədqiqatda, xərcləri ilə önə çıxan Səudiyyə Ərəbistanı Krallığının sərvətinin İngilis Kral Ailəsindən 16 qat daha çox olduğu görülüb.

Belə ki, İngilis Kral Ailəsinin sərvəti, dünyada təqribən 68 milyard funt sterlinq arasında beşinci sırada yer alır. Səudiyyə Ərəbistanını idarə edən Səudiyyə  kral ailəsinin sərvəti digərlərindən üstündür.

Qeyd edək ki, Kraliça Elizabeth və ailəsinin 68 milyardlıq sərvətinin çox hissəsi miras və sərmayədən gəlir. Ancaq bu sərvət, Səudiyyə Ərəbistanını idarə edən Səudiyyə sülaləsi, kral ailəsinin sərvəti ilə müqayisə edildiyi zaman diqqəti çəkib.

Səud ailəsinin var-dövlətinin təqribən 1 trilyon funt sterlinq və ya Britaniya kral ailəsinin sərvətindən 16 qat çox olduğu təxmin edilir.Həmçinin də,Vəliəhd Şahzadə Məhəmməd Bin Salman Səud ailəsində ən çox pul xərcləyən şəxs olaraq göstərilir.

Şahzadənin çox bahalı sənət həvəskarı olduğu və Leonardo Da Vinçinin 360 milyon funt sterlinqlik bir rəsm əsərini aldığı ifadə edilir.