Bakının Sabunçu rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.

Unikal.org Oxu.Az-a istinadən xəbər verir ki, qəza mayın 6-da paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə ərazidə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər vətəndaşın avtomobildə sıxılaraq təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub. 

Dərhal əraziyə cəlb olunan nazirliyin xilasediciləri sıxılı vəziyyətdə qalmış vətəndaşı deformasiyaya uğramış nəqliyyat vasitəsindən sağ-salamat çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.

Həmin görüntüləri təqdim edirik: