Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev Unikal.org-a bildirib ki, artıq yanğın söndürülüb: "Hazırda ərazidə soyutma işləri aparılır".

01:10

xxx

Xəbər verdiyimiz kimi, Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın başlayıb.
Unikal.org-un
hadisə yerində olan əməkdaşının məlumatına görə, yanğın geniş ərazini əhatə edir və artıq yanğın yaxınlıqda olan digər mağazalara da keçib.  Hadisə ilə əlaqədar ərazidə qərargah yaradılıb. Mağaza sahibləri mallarını çıxarmağa cəhd göstərirlər. 

Murad İbrahimli