Qısa hovuzda üzgüçülük üzrə Avropa çempionatının vaxtı dəyişdirilib.
Unikal.org-un xəbərinə görə, bu barədə Avropa Üzgüçülük Liqasından (LEN) məlumat verilib.
Rusiyanın Kazan şəhərində təşkil olunacaq yarış nəzərdə tutulduğundan bir ay tez keçiriləcək. 2021-ci ilin dekabrında baş tutması planlaşdırılan yarış noyabrın 2-7-də təşkil olunacaq.
Buna qısa hovuzda üzgüçülük üzrə dünya çempionatının təxirə salınması səbəb olub. Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə bu il qəbul etməli olduğu mundial koronavirus pandemiyası üzündən 2021-ci ilin dekabrında baş tutacaq.
Həmin yarışa Azərbaycan idmançılarının qatılacaqdır.