Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi Almaniyanın "Ertsgebirge" komandası yol-nəqliyyat qəzası ilə üzləşib.

Unikal.org xəbər verir ki, komandanı II Bundesliqanın XXVII tur matçı üçün "Nürnberq"lə səfər oyununa aparan avtobus yolda BMW markalı minik avtomobili ilə toqquşub. Aue təmsilçisinin futbolçu və məşqçi heyətindən heç kim xəsarət almayıb. Nürnberqə yol mikroavtobusla davam etdirilib.

Qeyd edək ki, görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. "Ertsgebirge"nin qolunu Dmitri Nazarov vurub.