Avropada futbol tarixinin ən yaxşı məşqçilərinin siyahısı açıqlanıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, siyahıda 250 mütəxəssis yer alıb.
Cədvələ İngiltərənin “Mançester Siti” klubunu çalışdıran Pep Qvardiola başçılıq edir. İspaniyalı mütəxəssisin hesabında 2173 xal var.
Son fəaliyyəti 1969-cu ildə olan Hans Pesser 2141 xalla ikinci, İngiltərə “Liverpul”unun almaniyalı baş məşqçisi Yurgen Klopp 2106 xalla 3-cüdür. İlk “onluq”da sonrakı yerləri Karl-Hayns Feldkamp, Joze Mourinyo, Don Revi, Dieqo Simeone, Ralf Ranqnik, Zinəddin Zidan və Valeri Lobanovski tutur.
250 ən yaxşı arasında Azərbaycan təmsilçisi yer almayıb. “Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syomin 1837 xalla 78-cidir. Türkiyə “Qalatasaray”ının çalışdırıcıısı Fatih Terim 1814 xalla 98-cı sırada qərarlaşıb.