Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Tərtər rayonuna səfərə gəlib.
Unikal.org xəbər verir ki, dövlət başçısı ümummilli lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
***13:17
Prezident İlham Əliyev iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışında iştirak edib.
Unikal.org xəbər verir ki, dövlət başçısına kompleksdə yaradılan şəraitlə tanış olub.
Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev bir qrup idmançı ilə görüşüb.