Rusiyada koronavirusa yoluxma göstəriciləri artmaqdadır.
Unikal.org xəbər verir ki, ölkədə son sutka ərzində 8 536 nəfər virusa yoluxub, 178 nəfər isə həyatını itirib.
Bu günə qədər Rusiyada 432 277 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 5 215 nəfərə çatıb.
Ölkə ərazisində ümumilikdə 195 957 nəfər virusdan sağalıb, 231 105 nəfərin müalicəsi isə davam edir.