Daha öncə də xəbər verdiyimiz kimi, ABŞ-da etiraz aksiyası zamanı keçmiş polis olan David Dorn öldürülüb.
Unikal.org xarici KİV-ə istinadən məlumat verir ki, Donald Tramp "Twitter" hesabında paylaşdığı statusu ilə məsələyə münasibət bildirib:
"Etirazçılar tərəfindən vəhşicəsinə öldürülən David Dornun ailəsinə böyük hörmətlə yanaşırıq. Polislərimizə də bəlkə də heç vaxt olmadığı qədər hörmət edirik"