ABŞ-ın Los-Anceles şəhərində 5,5 bal gücündə zəlzələ olub.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, məlumatı ABŞ-ın Geoloji Araşdırma Mərkəzi yayıb.
Zəlzələ Los-Ancelesdən 193 km şimal-qərbdə yerləşən Ridqesrest rayonunda səhərə saatlarında qeydə alınıb. Yeraltı təkanlar Hollivud da daxil olmaqla Kaliforniya ştatının cənub hissəsində hiss edilib.
Zəlzələnin ocağı 7 km dərinlikdə yerləşib. Dağıntı və itki barəsində məlumat yayılmayıb.