Ermənistanda daha 596 nəfərdə koronavirus aşkarlanıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bildirilib ki, bununla da Ermənistanda virusa yoluxanların sayı 11 817-yə yüksəlib.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 7 nəfər artaraq 183-ə çatıb. Bildirilib ki, indiyədək 3 513 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 8 052 aktiv koronavirus xəstəsi var.