Türkiyədə 5,3 bal gücündə zəlzələ olub.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, yeraltı təkanlar Malatyada qeydə alınıb. Zəlzələ ocağı 7 km dərinlikdə yerləşib.
Zəlzələ Qaziantep, Qəhrəmanmaraş, Şanlıurfa və Elazığda da hiss edilib.
Hələlik dağıntılar və tələfat barədə açıqlama verilməyib