Türkiyənin Ərzincan vilayətində yol qəzası baş verib, 19 nəfər yaralanıb.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Ərzincanın Refahiye rayonunun Yazı kəndində İzmir-Ərzincan marşrutu ilə hərəkət edən avtobus aşıb.
Hadisə zamanı yaralanan 19 nəfər xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma başlanıb.