ABŞ-ın Redlands şəhərində (Kaliforniya ştatı) birmühərrikli təyyarə dağa çırpılıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər həlak olub.
İnsidentin təfərrüatları və qəzanın səbəbi barədə məlumat verilmir.
Qeyd edilir ki, qəza barədə ABŞ Mülki Aviasiya Federal İdarəsinə və Nəqliyyat Təhlükəsizliyi üzrə Milli Şuraya məlumat verilib.