ABŞ-ın Minneapolis ştatında polisin boğması nəticəsində ölən qaradərili Corc Floydun saxlanılmasının yeni görüntüləri yayılıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, mayın 25-də Corc Floyd saxta əsginaslarla ödəniş şübhəsi ilə saxlanılarkən polisin kobud davranışı ilə üzləşib.

Bununla bağlı sosial şəbəkələrdə yayılan videoda hüquq mühafizəçisinin afroamerikalının qoluna qandal vuraraq, onu yerə yıxması və sonra dizi ilə boynunu sıxması aydın görünür.

Kadrlarda C.Floydun nəfəs ala bilmədiyinə görə qışqırması, ancaq polisin buna əhəmiyyət vermədiyi də əks olunub. Bu hadisədən qısa müddət sonra saxlanılan şəxs xəstəxanada ölüb. Bununla əlaqədar olaraq, ABŞ-ın müxtəlif ştatlarında kütləvi iğtişaşlar başlayıb.