Türkiyədə yeni növ koronavirus (COVİD-19) aşkarlanan şəxslərin sayı 172 min 114 nəfərə çatıb.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
O bildirib ki, son 24 saat ərzində ölkədə 18 nəfər koronaviruslu xəstə dünyasını dəyişib, 993 nəfər isə infeksiyaya yoluxub.
Ümumilikdə ölkədə COVİD-19-dan vəfat edənlərin sayı isə 4729 nəfərə çatıb.
Türkiyədə bu gün koronavirusdan sağalanların sayı isə 3218 nəfər təşkil edir.